Son yeniləmə: 26 Sentyabr 2023 16:50
BAYRAQDAR MEDİA – “Universitetimizdə dünyanın 58 ölkəsindən ümumilikdə 2 min 155 tələbə təhsil alır. Lakin onların içərisində ən çox azərbaycanılardır. Bunu qürurla demək istəyirəm ki, 58 ölkədən olan xarici tələbələrimiz içərisində ilk sırada azərbaycanlı tələbələrdir”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında qardaş Türkiyənin Bilecik Şeyh Edebali Universitetinin rektoru Prof. Dr. Şükrü Beydemir deyib.
O, qeyd edib ki, bu günə kimi universitetin ümumilikdə 434 azərbaycanlı tələbəsi var: “Amma təbii ki, bura yeni tədris ilində bizi seçənlər daxil deyil. Yeni 2023-2024-cü tədris ilində də Azərbaycandna çoxlu sayda gəncin ali təhsil üçün bizi seçəcəklərinə şübhə etmirik”.
Rektor həmçinin, “qeyd edim ki, biz qəbulu YÖS imtahanı ilə edirik və bu imtahanda iştirak edən azərbaycanlı gənclər iki cəhətdən uduşlu çıxırlar. Əvvəla imtahanda uğur qazanarlarsa bizim universiteti seçmək imkanı əldə edirlər. Digər tərəfdən bizim Türkiyənin bir sıra universitetləri ilə anlaşmamız var. O anlaşmaya əsasən bizim keçiridyimiz YÖS imtahanın nəticələrini onlar da qəbul edirlər. Yəni azərbaycanlı gənclər uğur qazanaraq istəsələr bizi, istəsələr də digər univeristetləri seçmək şansı əldə edirlər” deyib.