Press "Enter" to skip to content

Zorla Töre: Bayrağımız heç vaxt enməyəcək

Zorlu Töre

BAYRAQDAR MEDİA – KKTC parlamentinin sədri Zorlu Töre Azərbaycan-Türkiyə-Kuzey Kıbrıs Regional İnteqrasiya Seminarları silsiləsinin ilki olan “3 Dövlət, Bir Millət” tədbirinə qatılıb. Onlayn formatda keçirilən tədbirdə Z.Töre iştirakçıları salamlayaraq, “hər üç dövlətin bir-birinə soy-köklə bağlı, eyni taleyi, eyni ağrını paylaşan bir toplum olduğunu” bildirib.

Kibris Postası xəbər verir ki, Z.Töre həmçinin, Azərbaycan, Türkiyə və KKTC-nin tarixi və mədəniyyətinin gənc nəsillər arasında, xüsusilə türkdilli QHT-lər arasında tanıdılmasının böyük əhəmiyyət kəsb etdiyini deyib: “Avropa dövlətlərinin birliyi, ərəb dövlətlərinin birliyi, Skandinaviya dövlətlərinin birliyi var, niyə türk dövlətlərinin birliyi olmasın? Mən türk millətinin nümayəndəsiyəm, özünü türk hesab edən hər kəsin nümayəndəsiyəm”.

Z.Töre KKTC-nin Türk Dövlətləri Təşkilatına rəsmi adı ilə müşahidəçi üzv kimi daxil olmasının vacibliyinə diqqət çəkib: “Ana vətən Türkiyə Cümhuriyyətinin Cümhurbaqanı Recep Tayyip Erdoğan bu il BMT-nin 78-ci Baş Assambleyasında KKTC-nin tanınması üçün çağırış etdi və biz ilk tanınmanı Azərbaycandan gözləyirik və bunu cani-könüldən istəyirik. Azərbaycan necə ki, zülmə məruz qalmasına baxmayaraq əzmkarlıqla öz bayrağını səmalarda dalğalandırıb, biz də KKTC bayrağımızı dalğalandırırıq və dalğalanan bayrağımız heç vaxt enməyəcək”.

Mission News Theme by Compete Themes.