Son yeniləmə: 25 Sentyabr 2023 10:14
BAYRAQDAR MEDİA – Qardaş Türkiyədə Yüksək Seçim Kurumunun sədri Ahmet Yener yerli seçki təqviminin 2024-cü il yanvarın 1-dən başlayacağını açıqlayıb.
Türkgün Gazetesinin məkumatna görə, A.Yener 31 mart 2024-cü ildə keçiriləcək yerli idarəetmə seçkiləri ilə bağlı açıqlamalar verib: “YSK olaraq oktyabrın 1-dən etibarən yerlərdən seçici siyahılarını alacağıq. Biz qanuna uyğun olaraq yanvarın 1-dən başlayacaq seçki təqvimi ilə siyahılar açıqlanarkən aparılacaq prosedurları ictimaiyyətlə paylaşacağıq”.
“TRT Haber”in məlumatına görə, YSK sədri zəlzələ bölgəsində görüləcək işləri də açıqlayıb. Ahmet Yener zəlzələ bölgəsinə gedərək qərar verəcəklərini bildirib və deyib:“”Biz zəlzələ zonasında olanlar üçün ünvan köçürmələrini asanlaşdırmaq üçün şuranın qərarları ilə bir yol xəritəsi çəkəcəyik”.