Press "Enter" to skip to content

Vətən Müharibəsi Qəhrəmanı ilə görüş olacaq

BAYRAQDAR MEDİA – “Məktəbdə…” layihəsinin yeni dərs ilində ilk görüşü keçiriləcək.

Bu barədə BAYARQDAR MEDİA-ya sentyabrın 25-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, “görüş sentyabrın 26-da paytaxtdakı 300 nömrəli tam orta məktəbdə olacaq. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Anar Mirzəyev olacaq. Görüşdə məktəb və müəllimin insanların formalaşdırılmasında rolu, vətənpərvərlik hisslərinin aşılanmasında məktəbin üzərinə düşən vəzifələr, yeniyetmə və gənclərdə Vətən, torpaq sevgisi, ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək”.

Mission News Theme by Compete Themes.