Son yeniləmə: 25 Sentyabr 2023 12:15
BAYRAQDAR MEDİA – 2023-cü il ərzində suvarmanı tələb olunan səviyyədə həyata keçirmək üçün Göygöl Suvarma Sistemləri idarəsi cari dövr üçün nəzərdə tutulan bütün işləri tədbirlər planına uyğun olaraq yerinə yetirib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov bildirib.
O, qeyd edib ki, “kənd təsərrüfatı bitkilərinin suvarmasını həyata keçirmək məqsədi ilə kanalların su limitləri təsdiq edilərək, dövlət təsərrüfatlarının, fermerlərin, digər sudan istifadə edən qurumların və fiziki şəxslərin suya olan təlabatını təmin etmək üçün lazım olan bütün işlər görülüb. Suvarma suyunun itkisiz səmərəli və qənaətlə istifadə edilməsi üçün idarənin balansında olan kanallarda mexanizmlərlə 461 min.m3 həcmində lildən təmjzlənmə işləri görülüb. Əlavə olaraq 20 ədəd hidrotexniki qurğu, 12 ədəd hidropost cari təmir edilib, arxlarda və kanallarda 20 min kvm2 sahədə kol-kosdan təmizləmə işləri aparılıb”.
Məlumata əsasən, “qapalı boru kəmərlərində 6.0 km uzunluğunda hissələrlə cari təmir işləri aparılıb, həmçinin beton kanallarda 8.0 km-dək hissədə cari təmir işləri yerinə yetirilib. Rayon ərazisində sel sularından mühafizə tədbirlərinin həyata keçirilməsi sahəsində də müvafiq işlər görülüb. Belə ki, sel və daşqınların qarşısını almaq üçün Gəncəçay, Kürək çay, Qoşqar çayların məcraları mexanizmlə tənzimlənmiş, Nadel, Mollaosman, Qızılca və Bəhrəmbağ arxların və kanalların dəhnələri, şitlər, beton bloklar və digər vasitələrlə möhkəmləndirilib. İlin əvvəlindən rayon əhalisinin əkin sahələrini suvrma suyu ilə təmin etmək, rayonda kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına zəmin yaratmaq məqsədi ilə balansda olan 296 ədəd subartezian quyularından 205 ədədi cari təmir olunub”.
Bildirilib ki, “subartezian quyularının bərpa olunaraq qazılması sakinlərin suya olan təlabatının ödənilməsində böyük rol oynayır. İndi sakinlər subartezian quyularının suyundan həm içməli, həmdə həyətyanı sahələrinin suvarılmasında istifadə edirlər. Qeyd edək ki, Göygöl Suvarma Sistemləri İdarəsi 15210 ha suvarılan sahəyə xidmət edir. Bundan 12626 ha Göygöl rayonu, 2205 ha Gəncə şəhəri, 379 ha Daşkəsən rayonu ərazisində olan suvarılan torpaqlardır”.