Press "Enter" to skip to content

Qardaş ölkənin rəhbəri Naxçıvanda – VİDEO

Hərbi kompleksin açılışı

BAYRAQDAR MEDİA – Sentyabrın 25-də qardaş Türkiyənin Cümhurbaşqanı Recep Tayyip Erdoğan Naxçıvan Muxtar Respublikasına səfərə gəlib. Naxçıvan Beynəlxalq Hava Limanında ali qonağı Azərbaycan Prezidenti İlham Əliyev qarşılayıb.

Xəbəri Prezidentin Mətbuat xidməti yayıb.

Bundan sonra R.T.Erdoğanın rəsmi qarşılanma mərasimi olub.

Mərasimin ardından iki qardaş ölkə rəhbərlərinin təkbətək görüşü keçirilib.

Daha sonra İ.Əliyev və R.T.Erdoğan Iğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimində iştirak edib.

Növbəti mərhələdə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması gerçəkləşdirilib. Sonra da dövlət rəhbərləri mətbuata bəyanatlarla çıxış ediblər.

O da bildirilir ki, hər iki rəhbər Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışında iştirak edib.

Sonra İ.Əliyevin adından R.T.Erdoğanın şərəfinə rəsmi nahar verilib. Bunun ardından da ali qonağın səfəri başa çatıb və o, ölkəsinə dönüb.

Mission News Theme by Compete Themes.