Press "Enter" to skip to content

Müsabiqə komissiyaları yaradılacaq

Elm və Təhsil Nazirliyi

BAYRAQDAR MEDİA – Təhsildə yüksək nailiyyətləri ilə fərqlənən tələbələrə “Heydər Əliyev adına təqaüd”ün təyin edilməsi məqsədilə universitetlərdə müsabiqə komissiyaları yaradılacaq.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyindən daxil olub.

Xəbərdə bildirilir ki, “müsabiqə komissiyaları tərəfindən ETN-nin təsdiq etdiyi meyarlar nəzərə alınmaqla ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani formada təhsil alan tələbələr arasından seçim aparılacaq (bir neçə namizədin göstəriciləri eyni olduqda komissiya tərəfindən əlavə seçim meyarları tətbiq edilə bilər)”.

Qeyd edək ki, Prezident İlham Əliyev “Heydər Əliyev adına təqaüd”ün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Təqaüd ETN tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına 3 min manat məbləğində olmaqla birdəfəlik ödəniləcək.

Mission News Theme by Compete Themes.