Son yeniləmə: 25 Sentyabr 2023 09:52
BAYRAQDAR MEDİA – Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Sosial cəhətdən zəif müdafiə olunmuş vətəndaşlara pozulmuş hüquqlarının bərpası üçün hüquqi yardımların göstərilməsi” adlı layihənin icrasını davam etdirir.
Bu barədə BAYRAQDAR MEDİA-ya İctimai Birlikdən məlumat verilib.
Bidirilib ki, layihə çərçivəsində sentyabrın 23-də Mingəçevir şəhərində vətəndaşların qəbulu keçirilib: “Qəbula gələn vətəndaşlara hüquqi yradım göstərilib, onları narahat edən problemlər haqqında müvafiq məsləhətlər verilib. Həmçinin vətəndaşların iştirakı ilə yerli və mərkəzi içra hakimiyyətinə müraciətlər və məhkəmə orqanlarına iddia ərizələri tərtib olunub”.