Press "Enter" to skip to content

KOBİA nümayəndə heyəti Avstraliyada

Görüşlərdən xatirə fotosu

Son yeniləmə: 25 Sentyabr 2023 12:14

BAYRAQDAR MEDİA – Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Agentliyin nümayəndələri Avstraliyada işgüzar səfərdə olub. Səfər Azərbaycanın Avstraliya İttifaqı, Fici Respublikası və Yeni Zelandiyadakı Səfirliyinin əlaqələndirməsi ilə Qlobal Sahibkarlıq Şəbəkəsi (GEN) tərəfindən Avstraliyada keçirilən Qlobal Sahibkarlar Konqresində iştirak etmək üçün realaşəb.

Bu barədə BAYARQDAR MEDİA-ya sentyabrın 25-də KOBİA-dan məlumat verilib.

Bildirilib ki, “Melburn şəhərində dünyanın 30 ölkəsindən dövlət rəsmiləri, iş adamları və startapların iştirak etdiyi Qlobal Sahibkarlar Konqresi (“GEC2023”) çərçivəsində təşkil olunan“Startaplar üzrə nazirlər görüşü” tədbirində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycanın innovasiya ekosistemi və ölkəmizdə startapların dəstəklənməsi təcrübəsi barədə məlumat verib. Qeyd edilib ki, Azərbaycanda startap ekosisteminin dəstəklənməsi və inkişafı sahəsində bir çox uğurlu islahatlar aparılır, o cümlədən qanunvericilik təkmilləşdirilir, startaplar üçün müxtəlif təşviq və güzəştlər tətbiq olunur, dövlət və özəl sektor tərəfindən dəstəklənən 10-a yaxın inkubator və akselerasiya mərkəzi fəaliyyət göstərir. Startaplara onlara vergi güzəştlərini nəzərdə tutan “Startap” şəhadətnaməsi verilir”.

Qeyd eilib ki, “indiyədək KOBİA tərəfindən mikro və kiçik sahibkarlara 100-dən çox belə sənəd təqdim olunub. “Bakı KOB evi”ndə Startap İnkişafı Mərkəzi fəaliyyət göstərir, innovativ layihələrə qrant dəstəyi verilir. Orxan Məmmədov vurğulayıb ki, Azərbaycan əraziləri 30 illik erməni işğalından azad edildikdən sonra bu ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqinə başlanılıb. Azərbaycan hökuməti tərəfindən Qarabağ bölgəsində innovativ və rəqəmsal cəmiyyətin, iqtisadiyyatın yaradılması üçün bərpa və yenidənqurma prosesində ən müasir texnologiyalar və həllərdən istifadə edilir”.

Mission News Theme by Compete Themes.