Press "Enter" to skip to content

Kitab tanıtma: “Sosial zaman və sosial məkan”

Sosial zaman və sosial məkan

BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasındakı kitablar sırasında Aydın Şirinovun “Sosial zaman və sosial məkan” monoqrafiyası da var.

Monoqrafiyada fəlsəfi ədəbiyyatda qismən az işlənilmiş olan sosial zaman və sosial məkan problemindən bəhs olunur, bütün elmlər üçün fundamental əhəmiyyətə malik olan zaman və məkan kateqoriyaları ilə, xüsusən ictimai və humanitar elmlər üçün metodoloji əhəmiyyət kəsb edən sosial zaman və sosial məkan kateqoriyalarının əlaqəsi və fərqi göstərilir. Həmçinin nəşrdə sosial zamanın və sosial məkanın insanın və cəmiyyətin yaranması ilə meydana gəlməsi tarixi araşdırılır, mədəniyyətin, elmin yaranması və inkişafında sosial zaman və sosial məkan amillərinin rolu məsələsinə diqqət yetirilir və onların əlaqəsindən bəhs olunur.

Qeyd edək ki, monoqrafiya mütəxəssislər, doktorantlar, ali məktəb tələbələri və fəlsəfə ilə maraqlanan oxucular üçün nəzərdə tutulub.

Mission News Theme by Compete Themes.