Press "Enter" to skip to content

Ermənilər indi də İraqa qarşı iddia ilə çıxış edir…

İraq bayrağı

BAYRAQDAR MEDİA – İraqdakı azsaylı erməni icması dövlətə çağırış edərək parlamentdə deputat yerləri tələb edir.

Bu xəbəri kürd mediası yayıb.

Xəbərdə deyilir ki, təşəbbüsü dilə gətirən Bağdad Erməni Ortodoks Kilsələrinin inzibatçı müdiri Hakob Sugahakayandır.

Erməni keşiş iddia edir ki, cəmi bir neçə minlik icmaya İraq parlamentində yer verilməlidir. O, qeyd edib ki, ermənilər İraqda tarixən yaşayaraq bu ölkənin taleyində rol oynayıblarmış.

O da bildirilir ki, İraqdakı erməni kilsələrindən biri türkmənlərin bölgəsi olan Kərkük şəhərində yerləşir.

Məsələ ondadır ki, ermənilər bütün kilsələrində 1915-ci ilə aid etdikləri qondarma erməni soyqırımı ilə bağlı təbliğat aparır və türkləri lənətləyirlər…

Yeri gəlmişkən, ermənilər İraqın ən az saylı etnik qrupudur.

Mission News Theme by Compete Themes.