Son yeniləmə: 25 Sentyabr 2023 14:19
BAYRAQDAR MEDİA – “Mən Azərbaycan xalqını öz suverenliyini tam bərpa etməsi münasibətilə təbrik edirəm”.
Bunu Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel deyib.
BAYRAQDAR MEDİA xəbər verir ki, diplomat ölkəsinin hər zaman Azərbaycanın haqq işini dəstəklədiyini bildirib: “Qazaxıstan hər zaman Azərbaycanın haqq işini dəstəkləyib və bu belə də olmalıdır. Çünki biz qardaş ölkələr, qardaş xalqlarıq”.
Səfir Qazaxıstanın bundan sonra da hər zaman Azərbaycanın yanında olacağını vurğulayıb.