Son yeniləmə: 25 Sentyabr 2023 16:44
BAYRAQDAR MEDİA – Türkiyənin Yüysek Seçim Kurumunun sədri Ahmet Yener elektron səsvermə ilə bağlı açıqlama verib.
Türkgün Gazetesinin məlumataıan görə, o, deyib ki, ölkədə heç bir tənzimləmə yoxdur: “Bu parlamentin işidir. Bir gün Türkiyədə elektron səsvermə olacaq. Tarixin nə vaxt olacağını təxmin etmək mümkün deyil. Ola bilsin ki, pilot olaraq hüquqi tənzimləmə aparılsın”.
A.Yener, həmçinin, “Biz bununla bağlı araşdırmalarımızı aparmağı, universitetlərimizdən, müvafiq palatalarımızdan, İT ekspertlərindən rəylər almağı və yol xəritəsini çəkməyi planlaşdırırıq” deyib.