Press "Enter" to skip to content

“Ah, bu uzun sevda yolu” tamaşası 50-ci dəfə nümayiş olunacaq

Ah, bu uzun sevda yolu

BAYRAQDAR MEDİA – Sentyabrın 24-də Akademik Milli Dram Teatrında Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanmış “Ah, bu uzun sevda yolu” tamaşası 50-ci dəfə nümayiş olunacaq.

Bu haqda sözügedən Teatrın yaydığı xəbərdə deyilir.

Xəbərdə bildirilir ki, “Əməkdar incəsənət xadimi, dramaturq Əli Əmirlinin eyniadlı əsəri əsasında hazırlanan səhnə əsərinin bədii rəhbəri və quruluşçu rejissoru mərhum rejissor Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı xalq artisti Siyavuş Kərimidir. İlk tamaşa 30 iyun 2018-ci ildə oynanılıb”.

Rolları Əməkdar artistlər Anar Heybətov (Müşfiq), Münəvvər Əliyeva (Dilbər), Ayşad Məmmədov (Frençli kişi), Xalq artisti Hacı İsmayılov (Müdrik şair), Əməkdar artistlər Elnar Qarayev (Dost şair), Mehriban Xanlarova (Qadın şair), aktyorlar Rüstəm Rüstəmov (Novator şair), İlyas Əhmədov (Düşmən şair), Vüsal Mustafayev (Qorxaq şair), Xədicə Novruzlu (Gülər), Rada Nəsibova (Qadın) ifa edir.

Qeyd edək ki, səhnə əsəri görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin 110 illik yubileyinə həsr olunub.

Mission News Theme by Compete Themes.