Press "Enter" to skip to content

YARAT-da “Qadınların həyat azadlığı”

Qadınların həyat azadlığı

BAYRAQDAR MEDİA – YARAT Müasir İncəsənət Məkanı Kommünike layihəsi çərçivəsində “Qadınların həyat azadlığı” adlı rəqəmsal videolayihə haqqında məlumat təqdim edib.

Bu haqda sözügedən Mərkəzin yaydığı xəbərdə deyilir.

Xəbərdə bildirilir ki, “hekayənin mərkəzində azadlıq mövzusu cərəyan edir. Bələdçi Nərgiz Rəhmanova videotəqdimatda deyir ki, aiplague rəssamına (Nurlan Abdullayev) məxsus layihə qadınların axtardığı azadlığın ictimai norma və gözləntilərdən azadlıq, öz orijinal kimliyini ifadə etmək sərbəstliyi, seçim azadlığı və repressiv strukturlardan azad olmaq kimi müxtəlif tərəflərini araşdırır”.

Qeyd edək ki, əsər XX-XXI əsr Azərbaycan Rəngkarlığı Muzeyindəki “Çəhrayı-Qara” sərgisində nümayiş olunur.

Mission News Theme by Compete Themes.