BAYRAQDAR MEDİA – Birləşmiş İraq Türkmənləri Siyahısı növbəti bəyanat yayıb. Bəyanatda İraq Daxili İşlər Nazirliyinin türkmən toplumuna qarşı ədalətsiz siyasətini davam etdirdiyi açıqlanıb.
Bu barədə Türkmeneli TV məkumat yaylb.
Məlumata əəsaəsn, bəyanatda Daxili İşlər Nazirliyinin həyata keçirdiyi təyinatlarla bağlı Kərkük vilayəti üçün ayrılan kvotaya türkmənlərin bərabər şəkildə daxil edilməməsi tənqid edilib: “Xüsusilə, Daxili İşlər Nazirliyinin müqavilə əsasında təyinatlarında cəmi 2550 kvotadan yalnız 340 kvotanın türkmən tərkibli üzvlər üçün ayrılmasına sərt reaksiya verilib. Türkmən komponentləri uzun yığıncaqlar keçirərək vilayət daxilində bütün komponentlər arasında nazirlik təyinatlarının ədalətli şəkildə həyata keçirilməsi lazım olduğunu vurğulayıblar”.