Səhiyyə müəssisələrində maska taxmaq yenidən məcburi olacaq
BAYRAQDAR MEDİA – Dünyanın yenidən COVID-19 təhlüksəi bürüyüb. Bu arada Quzey Makedoniynaın Yoluxucu Xəstəliklər Komissiyasının keçirdiyi iclasda səhiyyə müəssisələrində maska taxmağın məcburi olmasına dair təklif verilib.
Yeni Balkan xəbər verir ki, Komissiyanın iclasında Quzey Makedoniyada koronavirusla bağlı vəziyyət qiymətləndirilib: “Komissiyanın sözçüsü Zlate Mehmedovik kritik qrupların yerləşdiyi səhiyyə müəssisələrində mümkün epidemiyanın qarşısını almaq üçün belə bir tövsiyənin verilməsinə qərar verildiyini bildirib.
Səhiyyə müəssisələrində maska öhdəliyi ilə bağlı təklif Səhiyyə Nazirliyinə təqdim olunacaq”.