Press "Enter" to skip to content

Qasım-Jomart Toqayevdən dünya liderlərinə müraciət

Qasım-Jomart Toqayev

BMT Təhlükəsizlik Şurasında hərtərəfli islahatlar aparılmadan qlobal problemləri həll etmək olmaz

BAYRAQDAR MEDİA – Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayev BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 78-ci sessiyasında dünya liderlərinə müraciət edib.

Kirim Haber Ajansının məlumatıan görə, Qasım-Jomart Toqayev bildirib ki, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü artıq dəyişdirilməli və bununla bağlı islahatlar aparılmalıdır: “BMT Təhlükəsizlik Şurasında hərtərəfli islahatlar aparılmadan beynəlxalq ictimaiyyətin üzləşdiyi problemləri həll etmək mümkün deyil”.
Qazaxıstan Prezidenti vurğulayıb ki, beynəlxalq mübahisələrin həllində diplomatiya və dialoq hər zaman ön planda olmalıdır: “Mən dərindən inanıram ki, “orta güclər”in və bütün inkişaf etməkdə olan ölkələrin səsləri gücləndirilməli və BMT Təhlükəsizlik Şurasında aydın şəkildə eşidilməlidir.

Təhlükəsizlik Şurası bu çıxılmaz vəziyyətdən çıxa bilmədiyi üçün Qazaxıstan da daxil digər ölkələrin sülhün və təhlükəsizliyin qorunmasında daha böyük rol oynaya bilməsi üçün bu qurumun daha çox nümayəndəli bir quruluşa sahob olması vacibdir”.

Mission News Theme by Compete Themes.