Press "Enter" to skip to content

Kərkük valiliyindən türkcə ilə bağlı göstəriş

Kərkük

Son yeniləmə: 22 Sentyabr 2023 15:37

BAYRAQDAR MEDİA – Kərkük valiliyi rəsmi yazışmalarda və işarələrdə unudulmuş türkcənin yenidən rəsmi dil kimi istifadə edilməsinə göstəriş verib.

Türkmeneli TV xəbər verir ki, Kərkük Valiliyi şəhərdəki dövlət qurumlarının rəsmi yazışmalarına, işarə və yol nişanlarına türkcənin əlavə edilməsi ilə bağlı təlimatı aidiyyatı qurumlara göndərib.

Valiliyin sirkulyarına əsasən, rəsmi qurumların blanklarında və möhürlərində türk dili də yer alacaq.

Kərkük Valiliyinin mətbuat katibi Mervan əl-Ani mövzu ilə bağlı verdiyi açıqlamada Kərkükdəki dövlət qurumlarının yazışmalarında və işarələrində ərəb, kürd və süryani kimi türkcənin də istifadə edilməsinin konstitusiya hüququ olduğunu bildirib.

Mission News Theme by Compete Themes.