BAYRAQDAR MEDİA – Qardaş Türkiyənin Cümhurbaşqanı Recep Tayyip Erdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə telefon əlaqəsi saxlayaraq bölgədə baş verənlərlə bağlı bilgi alıb.
Bu haqda xəbəri Türkiyə Cümhurbaşqanlığı İlətişim Başqanlığı yayıb.
Xəbərdə qeyd edilir ki, Türkiyə rəhbəri Azərbaycanın Qarabağda həyata keçirdiyi əməliyyatla bağlı son durumla maraqlanıb.
O da bildirilir ki, R.T.Erdoğan qardaş Türkiyənin Azərbaycana könüldən dəstəyini bir daha ifadə edib.
“İki lider söhbət zaman iki ölkəni yaxından ilgiləndirən bölgəsəl mövzularla bağlı da fikir alış-verişi edib”, – deyə xəbərdə bildirilir.