Son yeniləmə: 21 Sentyabr 2023 12:18
BAYRAQDAR MEDİA – Türkiyənin xarici işlər naziri Hakan Fidan bu il vəzifəsinin icrasına başladıqdan sonra 2023-cü il iyunun 16-da səfirlər təyin edib.
Bu çərçivədə Mustafa Levent Bilgen Türkiyənin Kiyevdəki səfirliyinə təyin edilib.
Kirim Haber Ajansının məlumatına görə, vəzifəsini tərk edəcək hazırkı səfir Yağmur Ahmet Güldere ilə Ukraynada vida səfərləri başlayıb.
Bildirilib ki, “Ukraynanın paytaxtı Kiyevdə türkcə təhsil verən 1 nömrəli Şərq Dilləri Məktəbinin şagird və müəllimləri səfir Güldereni vəzifəsini təhvil verməzdən əvvəl ziyarət ediblər. Şagirdlər diplomata Ukraynadan gələn ənənəvi hədiyyə təqdim ediblər. Y.A.Güldere isə tələbələrin türkcə öyrənməsinə dəstək verən Yunus Emre İnstitutunun nəşr etdirdiyi türkcə kitabları hədiyyə edib”.
Вчителі та учні Гімназії східних мов №1, в якій вже багато років викладається турецька мова, починаючи з початкової школи, сьогодні відвідали наше Посольство, щоб попрощатись з Послом @Yagmur_Guldere . pic.twitter.com/M60OcRfdN4
— Türkiye in Ukraine (@TCKievBE) September 20, 2023