BAYRAQDAR MEDİA – KKTC Cümhurbaşqanı Ersin Tatar Azərbaycan Respublikasının konstitusiya quruluşunu bərpa etmək və sırf hərbi ünsürləri hədəf almaq məqsədi ilə başladılan antiterror əməliyyatını dəstəklədiyini açıqlayıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya KKTC Cümhurbaşqanlığından məlumat verilib.
Bildirilib ki, Ermənistanı Azərbaycanla əldə etdikləri üçtərəfli Bəyanatın müddəalarına əməl etməyə dəvət edən E.Tatar yazılı açıqlamasında belə deyib:“2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq, erməni silahlı birləşmələrinin Azərbaycanın Qarabağ bölgəsində mövcudluğunu davam etdirməsi regional sülh və sabitliyə ciddi təhlükə yaradır. Dost və qardaş ölkə Azərbaycanın üçtərəfli bəyanatın müddəalarının təmin edilməsi, Qarabağ iqtisadi rayonunda genişmiqyaslı təxribatların qarşısının alnması, erməni silahlı birləşmələrini tərksilah edilərək Azərbaycan ərazisindən çıxarması, onların hərbi infrastrukturunu zərərsizləşdirməsi, geri qayıdan mülki əhalinin təhlükəsizliyini təmin edilməsi və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədi ilə başladılan antiterror əməliyyatlarını dəstəkləyirik. Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın BMT Baş Assambleyasında dediyi kimi, Qarabağ Azərbaycandır. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bildirmək istərdim ki, Kıbrıs türk xalqı olaraq biz həmişə olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev başqa olmaqla Azərbaycandakı bütün qardaşlarımızın haqlı mübarizəsini dəstəkləyir və regionda sülh, təhlükəsizlik, firavanlıq və daimi sabitliyin bərqərar olması üçün Ermənistanı üçtərəfli Bəyanatın müddəalarına əməl etməyə dəvət edirik”.