Press "Enter" to skip to content

Bura bizim özümüzük

Prof. Dr. Şükrü Beydemir

Prof. Dr. Şükrü Beydemir: Ən çox səfər etdiyim məhz qardaş Azərbaycandır

BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, qardaş Türkiyənin Bilecik Şeyh Edebali Universitetinin rektoru Prof. Dr. Şükrü Beydemir bu yaxınlarda Azərbaycanda səfərdə olub.

Prof. Dr. Şükrü Beydemir Nadir Azəriyə müsahibə verərkən
Prof. Dr. Şükrü Beydemir Nadir Azəriyə müsahibə verərkən

Səfər zamanı BAYRAQDAR MEDİA-ya özəl müsahibə verən rektor bir sıra maraqlı məqamlara toxunub.

16 yaşlı universitet

Öncə rəhbərlik etdiyi ali təhsil müəssisə haqqında məlumat verən rektor bildirib ki, 16 yaşlı Bilecik Şeyh Edebali Universiteti 29 may 2007-ci il tarixli 26536 saylı Resmi Gazetedə dərc olunduqdan sonra qüvvəyə minən 5662 saylı Qanunla qurulub.

Vurğulanıb ki, universitet Prof. Dr. Azmi Özcanın 2007-ci ilin dekabr ayında rektor təyin edilməsi ilə təhsil və təlim fəaliyyətlərinə başlayıb: “Həmin vaxt universitet Rektorluğa bağlı Elm və İncəsənət Fakültəsi, Mühəndislik Fakültəsi, Sosial Elmlər və Elm İnstitutu ilə birlikdə qurulmuşdur. Eyni zamanda, Dumlupınar Universiteti İqtisadiyyat və İdarəetmə Fakültəsi, Osmaneli Peşə Yüksekokulu, Pazaryeri Peşə Yüksekokulu, Gölpazarı Peşə Yüksekokulu, Söğüt Peşə Yüksekokulu; Osmangazi Universiteti Rektorluğuna bağlı olan Sağlamlıq Fakültəsi və Sağlamlıq Xidmətləri Peşə Yüksekokulu, Anadolu Universitetinin rektorluğuna bağlı olan Peşə Liseyi və Bozüyük Peşə Məktəbi Universitetimizə birləşdirilmişdir. 27 aprel 2012-ci il tarixli və 28276 saylı Resmi Gazetdə dərc olunduqdan sonra qüvvəyə minən qanunla Biləcik Universitetinin adı Biləcik Şeyh Edebali Universiteti olaraq dəyişdirildi”.

Ən önəmlisi təhsil sahəsində əməkdaşlıqdır

Azərbaycana səfərin məqsədinə gəlincə, rektor öncə onu deyib ki, Türkiyə ilə Azərbaycan bir millət iki dövlət ruhu ilə hərəkət edir: “Hər sahədə ciddi mənada əməkdaşlıqlar var. Dolayısı ilə bu əməkdaşlıqların ən önəmlisi təhsil sahəsində əməkdaşlıqdır. Bu baxımdan həm Türkiyədən müəllim və tələbələrimizin Azərbaycana, həm də Azərbaycandan müəllim-tələbə heyətinin Türkiyəyə səfər etməsi, mübadilə proqramının reallaşdırılması vacibdir. Bizim də səfərimizin əsas məqsədi budur. Səfər çərçivəsində 4 univeristetdə görüşlərimiz oldu. Bu görüşlər çox məhsuldar keçdi. İkitərəfli əməkdaşlığa dair razılaşmalar əldə edildi”.

Təhsil sahəsində əlaqələrin genişləndirilməsi önəmlidir

Azərbaycanlı gənclərin bu universiteti seçərkən hansı imkanlar əldə etməsinə dair suala isə müsahibimiz aşağıdakı cavabı verib: “Bizdə 11 fakültə var. Müxtəlif sahələri əhatə edən bu fakültələrdə təhsil haqqı fəqrlidir. Lakin ümumilikdə qeyd edək ki, bizdə təhsil haqqı çox baha deyil. Yəni, YÖK-ün müəyyən etdiyi özül qiymətdən çox yüksək deyil. Onu da deyim ki, əlavə 7 peşə məktəbimiz və xarici dillər məktəbimiz var”.

Keyfiyyətli təhsil vermək üçün çalışırıq

“Universitetimizdə ümumilikdə 1500 müəllim və idarəçi fəaliyyət göstərir. Yüksək səviyyəli və keyfiyyətli təhsil vermək üçün çalışırıq” deyən rektor bu universitetdə təhsil almağın başqa bir özəlliyinin olduğunu da bildirib: “Universitetimizin yerlşdiyi coğrafiyaya baxdıqda görürük ki, Biləcik sənaye bölgəsidir. 8-ə yaxın sənaye müəssisəsi var. Bu bizim tələbələrimizə hansı üstünlük verir deyə soruşsanız, ilk olaraq onu deyim ki, staj imkanı yaradır. Yəni, tələbələr istədikləri sahədə təcrübə keçə bilirlər. Biz təhsildə 3+1 və 7+1 formatını dəstəkəyirik. Bu o deməkdir ki, tələbələrimiz 8 dönəmlik fakültəyə gəldikləri zaman, 7 dönəm elmi, 1 dönəm isə təcrübi təhsil alırlar. Yəni onlar mütləq bir dönəmlərini sənayedə keçirməlidirlər. Bu olmazsa tələbə adını qazan abilməzlər. Qaydalarımız belədir”.

Xarici tələbələrimiz də öz ölkələrinə sahəsinin peşəkar mütəxəssisi kimi dönürlər

Vurğulanıb ki, bu təcrübədən keçmək tələbəyə həm elmi, həm də sahə üzrə peşakar təhsil almaq imkanı yaradır: “Bir sözlə, tələbələrimiz tam hazır vəziyyətdə ali təhsili başa vururlar. Xarici tələbələrimiz də öz ölkələrinə sahəsinin peşəkar mütəxəssisi kimi dönürlər”.

Bir-birimizdən çox şeylər öyrənə bilərik

“Bu gün xaricdə təhsil almaq istəyən hər bir azərbaycanlı gənci düşündürən başlıca məsələlərdən biri də yerləşmədir. Yəni, qalmaq, yataqxana məsələsi. Bu baxımdan Bilecikdə durum necədir” sualına gəlincə müsahibimiz vurğulayıb ki, “yurd məsələsi ilə bağlı heç bri sıxıntımzı yoxdur. Ümumiyyətlə, Biləcikdə indiyə qədər yurd problemi olmayıb. KYK yurdlarımız var. Xarici tələbələrimiz da asanlıqla yer tapa bilirlər”.

Eyni dildə danışdığımız üçün tələbə və valideynlərimizlə çox rahat şəkildə təmas qura bilirik

Son olaraq Azərbaycan haqqında fikirlərini bölüşən rektor “Mən rektorluqdan öncə fəaliyyətimlə bağlı olaraq bir çox ölkəyə səfər etmişdim. Toplantılar, simpoziumlar və konqreslərdə iştirak etmişdim. Ancaq rektorluq dönəmində 5-6 ölkəyə səfər etdim. Bunların içərisində ən çox səfər etdiyim məhz qardaş Azərbaycandır. Bura xarici ölkə olaraq baxmırıq. Bura bizim özümüzük, qardaş ölkəyə, qardaş şəhərə gəlirik. Burada özümüzü xarici kimi hiss etmirik. Eyni dildə danışdığımız üçün tələbə və valideynlərimizlə çox rahat şəkildə təmas qura bilirik. Bu da fəaliyyətimizə və əməkdaşlığımıza da öz müsbət təsirini göstərir”.

Müsahibədən xatirə fotosu
Müsahibədən xatirə fotosu

Mission News Theme by Compete Themes.