Son yeniləmə: 21 Sentyabr 2023 12:43
BAYRAQDAR MEDİA – 2023-cü ilin yanvar-avqust aylarında 111,9 min pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya sentyabrın 21-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirlik tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq həmin sosial ödənişlərin təyinatı elektronlaşdırılıb: “Bu da vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən onlara müvafiq təyinatların e-qaydada aparılmasına imkan verib. Ötən dövrdə 92,5 mini pensiya, 520 mini isə müavinət və təqaüd olan 612,5 min təyinat e-sistem üzərindən proaktiv qaydada aparılıb”.