BAYRAQDAR MEDİA – “Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən yenidən Xankəndi şəhərinə atəş açılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir və dezinformasiya məqsədi daşıyır. Yayılan bu məlumatı qəti surətdə təkzib edirik”.
Müdafiə Nazirliyindən BAYRAQDAR MEDİA-ya verilən məlumatda belə deyilir.
“Bir daha bildiririk ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bölmələri yalnız legitim hərbi obyektləri və hərbi infrastrukturu yüksək dəqiqliyə malik silahlarla hədəfə alır və sıradan çıxarır” deyə daha sonra qeyd edilir.