Son yeniləmə: 20 Sentyabr 2023 11:46
BAYRAQDAR MEDİA – Sentyabrın 18-25-də Bolqarıstanın paytaxtında “Sofia DocuMENTAL” film festivalı keçiriləcək.
Bu barədə Radio Bolqarıstan məlumat yayıb.
Bildirilib ki, “festivalda “Obştestvo pod lupa” (Böyüdücü altındakı cəmiyyət), “Fokus: Ukayna”, “İzvın patriarhalnite ramki” kimi filmlər də daxil olmaqla, müxtəlif kateqoriyalara bölünən, nüfuzlu beynəlxalq mükafat laureatı olan 20-dən çox sənədli film çıxış edəcək.
Festival İsveç, Ukrayna və Norveçin birgə istehsalı olan, Belarus haqqında çəkilmiş “Rodina” (Doğma şəhər) filmi ilə açılıb.
Sentyabrın 20-də Çex Mərkəzində Ukrayna-Almaniya birgə istehsalı olan “Kogato proletta doyde v Buça” (Buçaya bahar gələndə) filmi nümayiş olunacaq.