Son yeniləmə: 20 Sentyabr 2023 15:43
BAYRAQDAR MEDİA – Qırğızıstanda cırıq, rəngi soyulmuş dövlət bayrağından, həmçinin, texniki standartlara cavab verməyən bayraqdan və gerbdən istifadə edən şəxslərin cərimələnməsini təklif edilir.
Bulak.kg xəbər verir ki, müvafiq qanun layihəsini parlamentin Büdcə, iqtisadi və maliyyə siyasəti komitəsinin iclasında iqtisadiyyat və ticarət nazirinin müavini Çingiz Makeşov təqdim edib.
Onun sözlərinə görə, fiziki şəxslər üçün pul cəzalarının məbləği 3 min som (təxminən 60 manat), hüquqi şəxslər üçün 13 min som təşkil edəcək.
“Əksər hallarda Qırğızıstanın gerbi və bayrağı Çində hazırlanır. Qanunla standartlar var, amma onlara əməl edilmir. Ona görə də biz təklif edirik ki, dövlət rəmzləri haqqında qanunun tələblərinin pozulmasına görə cəza nəzərdə tutulsun”, – deyə Çingiz Makeşov bildirib.
Qanun layihəsinə baxan komitə üzvləri birinci oxunuşda onu dəstəkləyiblər.