BAYRAQDAR MEDİA – “Ermənistan mətbuatında guya Silahlı Qüvvələrimizin Ağdərə yaşayış məntəqəsini atəşə tutması barədə yayılan məlumatların heç bir real əsası yoxdur, tamamilə yalandır”.
Müdafiə Nazirliyindən BAYRAQDAR MEDİA-ya verilən məlumatda belə deyilir.
“Qarşı tərəfin yaydığı növbəti dezinformasiya xarakterli məlumatı qəti surətdə təkzib edirik” deyə məlumatda daha sonra qeyd edilir.
Nazirliyin başqa bir məlumatında isə “Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən Laçın yolu ilə Rusiya sülhməramlı kontingentinin müşayiəti altında hərəkət edən mülki kolonun atəşə tutulması barədə yayılan məlumatın heç bir əsası yoxdur və dezinformasiya xarakteri daşıyır. Bu əsassız iddianı qəti surətdə təkzib edirik” deyə bildirilir.