Press "Enter" to skip to content

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi başlayır

Elm və Təhsil Nazirliyi

BAYRAQDAR MEDİA – Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinə başlanılır.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyindən daxil olub.

Xəbərdə deyilir ki, “prosesdə iştirak etmək istəyən şəxslər sayta daxil olaraq qeydiyyatdan keçə bilərlər. Əsas iş yeri üzrə müddətsiz müqavilə əsasında müəllim olaraq çalışan və minimum 5 saat dərs yükünə malik şəxslər qarşılıqlı yerdəyişmə prosesində iştirak edə bilərlər. Müsabiqədə iştirak üçün namizədlərin, müəllimlərin işə qəbulu və ya diaqnostik qiymətləndirmə imtahanı nəticəsinin minimum 30 bal olması vacibdir”.

Həmçinin əlavə suallarla bağlı müvafiq keçiddə cavab almaq olar.

Mission News Theme by Compete Themes.