Press "Enter" to skip to content

Kitab tanıtma: “İnsan potensialı: əsas meyllər, reallıqlar, problemlər”

İnsan potensialı: əsas meyllər, reallıqlar, problemlər

Son yeniləmə: 19 Sentyabr 2023 20:26

BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasındakı müxtəlif mövzulu kitablar sırasında Prof. Şahbaz Muradovun müəllifi olduğu “İnsan potensialı: əsas meyllər, reallıqlar, problemlər” monoqrafiyası da var.

Monoqrafiya son 106 il ərzində (1897-2003) Azərbaycanda insan potensialının formalaşması, inkişafı və istifadəsinin nəzəri-metodoloji, sosial-iqtisadi, etno-demoqrafik və regional problemlərinin öyrənilməsinə həsr edilib. Kitabda ilk dəfə olaraq zəngin tarixi və rəsmi statistik məlumatlar əsasında uzun tarixi dövr ərzində Azərbaycan əhalisinin sayı, milli tərkibi, yaş-cins quruluşu, şəhər və kənd yerləri arasında bölüşdürülməsi, təhsil, intellektual inkişaf və məşğulluq səviyyəsi və quruluşunda, miqrasiyası prosesində, ailəkəbin, doğum, ölüm və təbii artım, ömür müddəti və sağlamlıq göstəricilərində baş verən dəyişikliklər və inkişaf meylləri, onlara təsir edən amillər kompleks şəkildə tədqiq edilib ümumiləşdirilib, bütün bunlar dünya və MDB ölkələri ilə müqayisəli şəkildə aparılıb.

Əsər elmi işçilər, ali məktəb müəllimləri, tələbələr və geniş oxucu kütləsi çün nəzərdə tutulub.

Mission News Theme by Compete Themes.