Press "Enter" to skip to content

ABŞ Dövlət katibi Azərbaycan Prezidentinə zəng edib

İlham Əliyev və Entoni Blinken

BAYRAQDAR MEDİA – ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Bu haqda xəbər Dövlət katibinin sosial media hesabında paylaşılıb.

Paylaşımda qeyd edilir ki, Dövlət katibi İlham Əliyevi Qarabağdakı hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.

Dövlət katibi onu da əlavə edib ki, Azərbaycan üçün vəziyyəti sakitləşdirib münaqişəni dinc yolla həll etmək vacibdir.

Qeyd edək ki, sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsində erməni terrorçuların basdırdığı minalar nəticəsində 11 Azərbaycan vətəndaşı həlak olub. Bu isə Qarabağda antiterror əməliyyatını zəruri edib. Baş verənləri və ümumilikdə durumu nəzərə alan Azərbaycan dövləti Qarabağda lokal antiterror əməliyyatına başlayıb.

Mission News Theme by Compete Themes.