BAYRAQDAR MEDİA – Bütün türk dünyası kimi Güney Azərbaycan Milli Qurtuluş Hərəkatı da öz dövləti, milləti və ordusunun yanındadır.
Bu sözlər sözügedən qurumun başqanı Eldar Qaradağlıya aiddir.
Bununla bağlı BAYRAQDAR MEDİA-ya daxil olan açıqlamada daha sonra deyilir: “Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri, millət və dövlətimizin erməni terrorizminin dayanmayan təxribatına son qoymaq uğrunda milli, insani, silahlı reaksiyadır. Bölgə, ölkə və dünya barışına xidmət edən qəhrəman ordumuzun əli ilə Xankəndində qutsal bayrağımızın dalğalanması ümidi ilə! Yaşasın qəhrəman ordumuz!”