Press "Enter" to skip to content

Levent Sadık Ahmet, DTİK Balkan başqanı seçilib

Tədbirdən xatirə fotosu

Son yeniləmə: 19 Sentyabr 2023 15:47

BAYRAQDAR MEDİA – Batı Trakya türklərinin unudulmaz lideri Sadık Ahmetin oğlu iş adamı Levent Sadık Ahmet Dünya Türk İş Konseyinin (DTİK) Balkan başqanı seçilib.

Kirim Haber Ajansının məlumatına görə, İstanbulda keçirilən 10-cu Dünya Türk İş Şurasına qatılan Levent Sadık Ahmet çıxışında bu sözləri deyib: “Bütün türk dünyasına Fatihan torpaqlarında iş gördükləri, uğur hekayələri yazdıqları, bütün çətinliklərə sinə gərdikləri, hər zaman ana vətən Türkiyənin yanında olduqları və mənə verdikləri dəstəyə görə təşəkkür edirəm. Mən bir Batı Trakya türkü olaraq bu gün bütün DTİK Balkan ölkələrinin yekdil səsi ilə DTİK Balkan başqanı seçildim. Bizim məsuliyyətimiz böyükdür. Əvvəlki dövrdə uğurla idarə olunan Balkan sədrliyi bu vəzifənin çətinliyinin göstəricisidir. Bu gündən etibarən strategiyalarımızı müəyyən etmək üçün ölkəmizin nümayəndələri və missiyalarımızla birlikdə çalışacağıq. Məqsədimiz gənc sahibkarlara və iş adamlarına yol açmaqla bütün Balkan ölkələrində heç kimi özgəninkiləşdirmədən qalib-qazan sürətli böyüməyə nail olmaqdır”.

O, həmçinin, “diasporda yaşayan Batı Trakya türklərini də DTİK platformasına qoşulmağa dəvət edirəm. Biz yaxın və dost ölkələr arasında ticarətə önəm verəcəyik. Dünyanın dörd bir yanından 4 min türk iş adamının iştirakı ilə keçirilən Baş Assambleyamız bütün iş dünyasına xeyirli olsun” deyib.

Mission News Theme by Compete Themes.