Son yeniləmə: 19 Sentyabr 2023 15:48
BAYRAQDAR MEDİA – KKTC-nin milli təhsil naziri Nazim Çavuşoğlu: Kibris Türk Agentliyinə (TAK) yeni tədris ili ilə bağlı açıqlama verib.
Kibris Postası xəbər verir ki, nazir məktəblərdə həftənin iki günü, bazar ertəsi və çərşənbə axşamı günlərində tam gün təhsilə başlanılacağını və qarşıdakı illərdə tam gün təhsilin beş günə çatdırılmasının hədəfləndiyini bildirib.
O, pilot layihənin tətbiqin yaxından izləniləcəyini və problem yarandığı təqdirdə lazımi tənzimləmələrin ediləcəyini bildirib.
Nazir Çavuşoğlu deyib ki, yeni tədris ilində dəftərxana ləvazimatları və kitablarla bağlı heç bir problem olmayacaq.
Bütün dəftərxana ləvazimatlarının məktəblərə paylandığını deyən Çavuşoğlu, şagirdlərin ilk zəngə qədər materiallarını tamamilə alacaqlarını bildirib.