Press "Enter" to skip to content

Kərim Vəliyev türkiyəli nümayəndə heyəti ilə görüşüb

Görüşdən görüntü

BAYRAQDAR MEDİA – Sentyabrın 19-da Azərbaycanın müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Azərbaycanda səfərdə olan qardaş Türkiyə Milli Müdafiə Nazirliyi Hüquq Xidmətinin nümayəndə heyəti ilə görüşüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən daxil olub.

Xəbərdə deyilir ki, “qonaqları Azərbaycanda görməkdən məmnunluğunu bildirən Baş Qərargah rəisi Azərbaycan Ordusunda hərbi qanunvericilik və Beynəlxalq humanitar hüququn tətbiqi ilə əlaqədar keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətindən danışıb”.

Qeyd edək ki, görüşdə hüquq xidmətinin təşkili, hərbi hüquqşünasların xidməti fəaliyyəti və digər sahələrdə ətraflı fikir mübadiləsi aparılıb.

Mission News Theme by Compete Themes.