Press "Enter" to skip to content

Ermənistan silahlı qüvvələri Azərbaycan hərbi qulluqçularını yaralayıb

Müdafiə Nazirliyi

BAYRAQDAR MEDİA – Sentyabrın 19-u saat 11:45 radələrində Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “nəticədə Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb. Hərbi qulluqçulara dərhal ilkin tibbi yardım göstərilib”.

Azərbaycan bölmələri tərəfindən cavab tədbirləri görülüb.

Mission News Theme by Compete Themes.