Press "Enter" to skip to content

Ermənilər danışıqlara hazırdır, rəsmi Bakının şərti var

Azərbaycan Prezidentinin Administrasiyası

BAYRAQDAR MEDİA – Azərbaycan silahlı qüvvələrinin Qarabağın Rusiyanın sülhməramlı qüvvələrinin müvəqqətin nəzarətində olan ərazilərində başlatdığı lokal antiterror əməliyyatı bölücü ünsürlərin danışıqlar istəməsinə səbəb olub. Lakin rəsmi Bakı bunun üçün şərtlərinin olduğunu açıqlayıb. AZƏRTAC-ın yaydığı açıqlamanın tam mətnini təqdim edirik.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının açıqlaması

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Ermənistanın Azərbaycan ərazisində yaratdığı və hələ də dəstəklədiyi qanunsuz rejimin “danışıqlara başlamaq çağırışı” ilə əlaqədar bildirir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası reinteqrasiya məsələlərini müzakirə etmək üçün bir neçə dəfə ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrini dialoqa dəvət edib, lakin onlar hər dəfə bundan imtina ediblər.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə Yevlaxda görüşə hazır olduğunu bildirir. Lakin antiterror tədbirlərinin dayandırılması üçün qanunsuz erməni silahlı dəstələri ağ bayraq qaldırmalı, bütün silahlar təhvil verilməli, qanunsuz rejim özünü buraxmalıdır.

Əks təqdirdə, antiterror tədbirləri sona qədər davam etdiriləcək.

Mission News Theme by Compete Themes.