BAYRAQDAR MEDİA – Sentyabrın 18-i saat 23:50 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Azərbaycan bölmələri qeyd olunan istiqamətdə cavab tədbirləri görməli olub.
Xəbər BAYRAQDAR MEDİA-ya sentyabrın 19-da Müdafiə Nazirliyindən daxil olub.