BAYRAQDAR MEDİA – Sentyabrın 19-u səhər saat 4 radələrində yeni inşa edilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 58-ci km-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus və sözügedən yolda işləyən “Howo” markalı yük maşını tank əleyhinə minaya düşüb.
Xəbəri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yayıb.
Qeyd edilir ki, “nəticədə agentliyin iki əməkdaşı – 21 noyabr 1970-ci il təvəllüdlü Sadıxov Samir Sabiroviç və 02 may 1965-ci il təvəllüdlü Quliyev Fərhad Hüseynağa oğlu həlak olub”.
O da bildirilir ki, “faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır”.