Press "Enter" to skip to content

Azərbaycan və Türkiyə Baş Qərargah rəisləri arasında telefon danışığı

Metin Gürak və Kərim Vəliyev

BAYRAQDAR MEDİA – Azərbaycan Ordusunun Baş Qərargah rəisi ilə türkiyəli həmkarı arasında telefon danışığı olub.

Xəbəri Azərbaycanın Müdafiə Nazirliyi yayıb.

“Sentyabrın 19-da müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ilə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak arasında telefon danışığı olub. Telefon danışığı zamanı Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri barədə müzakirələr aparılıb. Qardaş ölkə Türkiyənin hər zaman olduğu kimi bu gün də Azərbaycanın yanında olduğu xüsusi vurğulanıb”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.