BAYRAQDAR MEDİA – Sentyabrın 19-da Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə milli müdafiə naziri Yaşar Güler arasında telefon danışığı olub.
Xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən daxil olub.
“General-polkovnik Z.Həsənov Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri barədə həmkarını məlumatlandırıb. Y.Güler Türkiyənin hər zaman olduğu kimi, bu gün də Azərbaycanın yanında olduğunu bildirib”, – deyə xəbərdə bildirilir.