Son yeniləmə: 19 Sentyabr 2023 12:51
BAYRAQDAR MEDİA – 2023-cü ilin avqust ayında gündəlik neft (kondensatla birlikdə) hasilatı 620 min barrel olub. Bunun 498 min barrelini xam neft, 122 min barrelini kondensat təşkil edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “OPEC plus” əməkdaşlığı çərçivəsində 2023-cü ilin sonuna kimi Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barrel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min barreldir.