Press "Enter" to skip to content

ABŞ Dövlət katibi yolun açılmasını alqışlayır…

Entoni Blinken

BAYRAQDAR MEDİA – Xəbər verildiyi kimi, sentyabrın 18-də Azərbaycan tərəfinin tələb və istəyinə uyğun olaraq Ağdam-Xankəndi yolu humanitar yüklərin keçməsi üçün açılıb. Bu isə bərabərində yeni yanaşma gətirib.

ABŞ Dövlət katibi Entoni Blinken də məsələylə bağlı sosial media hesabında paylaşım edərək yolun açılmasını alqışlayıb.

Dövlət katibi qeyd edib ki, ABŞ gərəkli humanitar yüklərin Laçın və Ağdam yolundan bərabər şəkildə Qarabağa daşınmasını alqışlayır. O, əlavə edib ki, bu məsələ Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirə edildiyi şəkildə gerçəkləşdirilib.

E.Blinken onu da bildirib ki, ölkəsi humanitar təminatın axışını artırmaq üçün birbaşa danışıqlara çağırır.

Qeyd edək ki, Azərbaycan dövləti ilk andan Qarabağdakı erməni icması ilə müvafiq görəvlilər vasitəsilə danışmağa hazır olduğunu əməldə göstərib. Lakin ermənilər hər dəfə bu danışıqlardan yayınıblar.

Ümid etmək olar ki, ABŞ rəsmisinin növbəti çağırışından sonra erməni icması nəhayət ki, danışıqlara gələcək. Gəlməsə, təbii ki, Azərbaycan öz ərazisində nizam yaratmaq üçün alternativ yolları istisna etmir…

Mission News Theme by Compete Themes.