Press "Enter" to skip to content

Növbəti Vikipediya təlimləri başlayıb

Təlimdən görüntü

Son yeniləmə: 18 Sentyabr 2023 13:14

BAYRAQDAR MEDİA – Sentyabrın 18-də AMEA Rəyasət Heyəti aparatının Elektron Akademiya şöbəsinin təşkilatçılığı ilə Mərkəzi Elmi Kitabxanada növbəti Vikipediya təlimləri başlayıb.

Təlimi kitabxananın Elektron resurslar şöbəsinin baş mütəxəssisi Xəyalə Kərimova AMEA-nın Qafqazşünaslıq, Folklor və Dilçilik İnstitutlarının əməkdaşlarına tədris edib. Bir saatlıq təlim müddətində iştirakçılar Vikipediya haqqında ümumi məlumat əldə edərək məqalə yaratmaq qaydaları ilə tanış olublar.

Sonda X.Kərimova təlim ilə bağlı fikirlərini BAYRAQDAR MEDİA ilə bölüşdü: “Təlim maraqlı keçdi. Bu gün ilk dərs idi. İştirakçılara Vikipediyanın tarixi, yaradıcıları, ana səhifəsi haqqında məlumat verdim. Həmçinin Vikipediya məqaləsi necə olur, oxucu o məqaləni necə görür, vikipediyaçı o məqaləni necə işləyir, bütün bunları nümunə olaraq göstərdim. Bir daha bildirim ki, bu ilk dərs idi, dərslərin davamı olacaq. Təlim iştirakçıları Vikipediyada sərbəst şəkildə məqalə yaratmağı öyrənənədək təlimlər davam edəcək. Onu da qeyd edim ki, keçirilən təlimlərin məqsədi odur ki, Vikipediyaya mütəxəssislər cəlb edilsin. Sonra isə hər mütəxəssis öz sahəsi üzrə Vikipediyada fəaliyyət göstərsinlər”.

Qeyd edək ki, təlimdə ümumilikdə 12 nəfər iştirak edib.

Mission News Theme by Compete Themes.