Son yeniləmə: 18 Sentyabr 2023 13:15
BAYRAQDAR MEDİA – 1176-cı il sentyabrın 17-də Çivril mahalında baş tutan Miryokefalon zəfərinin 847-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Denizli Böyükşəhər Bələdiyyəsindən məlumat verilib.
Bildirilib ki, Denizli Böyükşəhər Bələdiyyəsi və Çivril Bələdiyyəsi ilə əməkdaşlıq çərçivəsində təşkil edilən proqramların ilki Çatalçeşme Oda Teatrında olub. Orada Prof. Dr. Muharrem Kesikin təqdimatı ilə Çivril Myrokefalon Zəfər Paneli və Çivril Foto Sərgisi keçirilib.
Proqramda, M.Kesik tərəfindən yazılmış “Myriokephalon 1176” kitabının təqdimatı da keçirilib.
Civril Bələdiyyəsinin sədri Niyazi Vural çıxışında “Çivril mahalının 1176-cı ildə Miryokefalon zəfərinin tarixi əhəmiyyətindən bəhs edib. Bildirilib ki, 17 sentyabr 1176-cı ildə Səlcuqlu sultanı ikinci Qılıcarslan bu ərazilərdən türkləri yox etmək niyyəti ilə yürüşə çıxan Bizans imperatoru Manueli məğlub edib. Beləliklə də 1071-ci ildə Malazgird müharibəsi ilə Anadolunun qapısını açan türklər 1176-cı ildə Miryokefolon qələbəsi ilə Anadolunun “tapu”sunu (çıxarış) almış oldular”.
Qeyd edək ki, bu tarixi günlə bağlı Denizlidə çeşidli tədbirlər keçirilib.