Son yeniləmə: 18 Sentyabr 2023 14:29
BAYRAQDAR MEDİA – Birləşmiş Millətlər Təşkilatının 78-ci Baş Assambleyasına qatılmaq üçün Nyu Yorka gedən KKTC Cümhurbaşqanı Ersin Tatar Ercan hava limanında mətbuat konfransı keçirib.
Bu barədə Haber Kibris mılumat yayıb.
Bildirilib ki, E.Tatar “KKTC-nin varlığına hörmət edilməyən bir sistemdə Kıbrıs məsələsinə həll yolu tapmaq mümkün deyil” deyib.
Ünsiyyət və dialoqdan yana olduqlarını ifadə edən E.Tatar, daha sonra bildirib: “Qarşıya qoyduğumuz prinsiplər çərçivəsində ciddi şəkildə uzlaşma üçün zəmin axtarırıq. Lakin KKTC real olaraq qəbul edilməlidir. Bunu Nyu Yorkda müxtəlif platformalarda izah edəcəyik. Biz xalqımızın hüquq və maraqlarını hər kəslə bölüşmək üçün orada olacağıq”.
Məlumata görə, Nyu-York təmaslarında Kıbrıs türk xalqının ədalətli mübarizəsini dilə gətirəcəyini bildirən E.Tatar, sentyabrın 23-də BMT baş katibi Antonio Quterreşlə görüşəcəklərini qeyd edib: “KKTC Cümhurbaşqanı qlobal daşların yerindən oynadığını və artıq Kıbrısda geriyə qayıtmağın mümkün olmadığını ifadə edərək, Ana Vətən Türkiyə Cümhuriyyətinin hərtərəfli dəstəyinin KKTC-nin yeni siyasətinin doğru zəmində irəlilədiyinin göstəricisi olduğunu qeyd edib”.