BAYRAQDAR MEDİA – Sentyabrın 17-si saat 23:15 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı birləşmələri Azərbaycan Ordusunun Ağdam rayonu ərazisindəki mövqelərinin qarşısında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmağa cəhd göstəriblər.
Müdafiə Nazirliyindən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.