BAYRAQDAR MEDİA – Xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak etmək üçün ABŞ-ın Nyu York şəhərinə yola düşüb.
Bu barədə BAYRAQDAR MEDİA-ya sentyabrın 18-də Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “səfər zamanı nazir Ceyhun Bayramovun Baş Assambleyanın plenar sessiyasında çıxışı, sessiya çərçivəsində keçiriləcək tədbirlərdə iştirakı, habelə xarici dövlətlərin rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur”.