Press "Enter" to skip to content

BŞTİ-də yeni kadr təyinatı

Aygün Bayramova

BAYRAQDAR MEDİA – Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) yeni təyinat həyata keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya sentyabrın 18-də qurumun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, “elm və təhsil nazirinin əmrinə əsasən, Aygün Bayramova BŞTİ-nin İnsan resursları sektorunun müdiri vəzifəsinə təyin edilib. Bu təyinata qədər A.Bayramova 2007-2023-cü illərdə Heydər Əliyev adına Müasir Təhsil Kompleksində Hüquq və İnsan Resursları şöbəsinin rəhbəri vəzifəsində çalışıb”.

Qeyd edilib ki, A.Bayramova 2017-ci ildə hüquq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb, 2021-ci ildə İnsan Resurslarının İdarəedilməsi üzrə beynəlxalq sertifikasiyadan keçib (SHRM-CP), 2022-ci ildə “Executive MBA” proqramı üzrə Böyük Britaniyanın York Universitetinə daxil olub.

Mission News Theme by Compete Themes.