Son yeniləmə: 18 Sentyabr 2023 13:57
BAYRAQDAR MEDİA – Sentyabrın 18-də Türk Dünyası Bakı Atatürk Liseyində daha bir yaddaqalan tədbir olub. Belə ki, bu təhsil ocağında Bakının bolşevik və erməni işğalından azad edilməsinin 105-ci ildönümü, həmçinin, 2023-2024-cü tədris ilinin açılışı münasibətilə geniş tədbir keçirilib.
Türkiyənin Azərbaycandakı səfiri Doç. Dr. Cahit Bağcı, tanınmış siyasətçi Sinan Ogan, həmçinin digər qonaqların qatıldığı tədbir liseyin həyətində qarşılanma mərasimi ilə başlayıb. Sonra liseyin klubunda davam edən tədbirdə bu təhsil ocağının şagirdlərinin ifasıda şeir və mahnılar səsləndirilib.
Mərasimdə çıxış edən səfir Cahit Bağcı iki ölkənin qardaşlığının sarsılmaz olduğunu deyib. O, Türk Dünyası Bakı Atatürk Liseyinə uğurlar arzu edib.
Onu da qeyd edək ki, səfir öz sosial şəbəkə hesabından tədbirlə bağlı paylaşım edib. Paylaşımda deyilir: “Nuri Paşa komandanlığındakı Qafqaz İslam Ordusunun qardaş Azərbaycana gəlişi, Bakının bolşevik və erməni işğalından azad edilməsinin 105-ci ildönümünü qeyd etmək, 2023-2024-cü tədris ilinin açılışında iştirak etmək üçün Türk Dünyası Bakı Atatürk Liseyindəyik. “Bir millət, iki dövlət” anlayışını sarsılmaz qılaraq əbədi müddət yaşadacaq olanlar uşaqlarımızdır”.
Nuri Paşa komutasındaki Kafkas İslam Ordusunun kardeş Azerbaycan’a gelişi ve bolşevik ve ermeni işgaline karşı Bakü’nün kurtarılışının 105. yılını kutlama ve 2023-2024 eğitim-öğretim yılının açılışı töreni için Türk Dünyası Bakü Atatürk Lisemizde törendeyiz.#TekMilletİkiDevlet… pic.twitter.com/go9fNXkBTK
— Cahit Bağcı (@cahitbagci) September 18, 2023